Böyük Britaniya hökuməti İranla bağlı yeni sanksiyalar tətbiq edib.
Bakıvaxtı.az Reuters-ə istinadən xəbər verir ki, sanksiya siyahısına İranda 10 rəsmi şəxs və bir qurum daxil edilib. Siyahıda İranın daxili işlər naziri Eskəndər Momeni də yer alır.
Britaniya hökumətinin rəsmi açıqlamasında bildirilir ki, qərar İranda insan haqlarının ciddi şəkildə pozulması, söz və toplaşma azadlıqlarının məhdudlaşdırılması, eləcə də bəzi hallarda vətəndaşların yaşamaq hüququnun əlindən alınması faktları ilə əsaslandırılıb.
Qeyd edək ki, yeni sanksiyalar rəsmi Londonun Tehrana qarşı insan haqları ilə bağlı artan təzyiqlərinin bir hissəsi kimi dəyərləndirilir.
Bakı 




