• Bakı C

    9.32 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

Fidan Əraqçiyə xəbərdarlıq etdi

DÜNYA

04 Mart 2026 | 16:21

Fidan Əraqçiyə xəbərdarlıq etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı zamanı Hakan Fidan İrandan atıldıqdan sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən və zərərsizləşdirilən ballistik sursatla bağlı Türkiyənin reaksiyasını qarşı tərəfə çatdırıb.

Bölgədəki gərginliyə diqqət çəkən Hakan Fidan münaqişələrin yayılmasına səbəb olacaq hər cür addımdan qaçılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, İran ərazisindən Türkiyənin hava məkanına yönəlmiş ballistik raket Suriyanın hava məkanında vurulub. Aralıq dənizinin şərqində olan NATO qüvvələri tərəfindən vurulan raketin qalıqları Türkiyənin Hatay vilayətinin ərazisinə düşüb. İtki yoxdur.


SON XƏBƏRLƏR