• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu qurum da İT sistemlərini “Hökumət buludu”na köçürdü

CƏMİYYƏT

03 Fevral 2026 | 10:34 | Müəllif: Qalib İbrahimoğlu

Bu qurum da İT sistemlərini “Hökumət buludu”na köçürdü

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, Fərmanın tələblərinə uyğun olaraq, daha bir dövlət qurumu – "Bakı Metropoliteni" QSC İT sistemlərini “Hökumət buludu”na köçürüb. Qurumun informasiya sistemləri və ehtiyatları qismən “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirilib.

“AzInTelecom” tərəfindən "Bakı Metropoliteni" QSC-yə Virtual server – IaaS (Infrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsi təmin olunub. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.

“Hökumət buludu” layihəsi AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən icra edilir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom” MMC-yə məxsus data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır, 24/7 rejimində monitorinq olunur.

“AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR