• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Günel Gözəlova vəzifəsindən azad olunub

CƏMİYYƏT

03 Fevral 2026 | 10:59

Günel Gözəlova vəzifəsindən azad olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Media və Kommunikasiya Şöbəsinin Multimedia sektorunun müdiri Günel Gözəlova vəzifəsindən azad olunub.

Bakıvaxtı.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı AHİK sədri Sahib Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, o, öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. G.Gözəlova kollektivdən xoş arzularla ayrılıb, iş yoldaşları isə ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

G.Gözəlovanın media subyektləri ilə səmərəli əlaqələrin qurulması, konfederasiyanın fəaliyyəti ilə bağlı məlumatların hazırlanması və ictimaiyyətə çatdırılması sahəsindəki səyləri AHİK rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Buna görə də o, AHİK-də işlədiyi müddət ərzində iki dəfə təşəkkürnamə ilə təltif olunub. 

Qeyd edək ki, tanınmış telejurnalist G.Gözəlova ötən ilin avqustunda bu vəzifəyə təyin olunmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026