• Bakı C

    9.67 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.23

Mask kosmosda məlumat mərkəzləri qurur: 1,25 trilyon dollarlıq layihə...

DÜNYA

03 Fevral 2026 | 08:05

Mask kosmosda məlumat mərkəzləri qurur: 1,25 trilyon dollarlıq layihə...

Milyarder İlon Maskın kosmik şirkəti “SpaceX” “xAI”nı satın alıb. Bu addım xüsusilə orbitdə məlumat mərkəzləri qurmaq layihəsini həyata keçirmək üçün atılıb.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə məlumat “SpaceX”in saytında dərc edilib.

“SpaceX” Yer kürəsində və ondan kənarda ən iddialı şaquli inteqrasiya olunmuş innovasiya mühərrikini yaratmaq üçün “xAI”i satın aldı. Bu şəbəkədə süni intellekt, raket texnologiyası, kosmik internet, birbaşa mobil rabitə və dünyanın ən böyük real vaxt məlumat və söz azadlığı platformaları birləşir".

İlon Mask bu addımı “SpaceX”in  növbəti məqsədə nail olmaq üçün başlıca hədəfi kimi əsaslandırıb: “Bu, orbitdə Yer kürəsindəkilərdən daha səmərəli nəhəng fotovoltaik elektrik stansiyalarının və süni intellekt məlumat mərkəzlərinin inşası deməkdir. Bu, futuristik layihə, Marsda bütöv bir sivilizasiya, Ayda yeni bazalar yaratmaq ambisiyamızın bir hissəsidir”.

“Bloomberg”in məlumatına görə, birləşən şirkətin səhmlərinin hər birinin qiyməti təxminən 527 dollar olacaq və dəyəri 1,25 trilyon dollara çatacaq. Mənbə bildirib ki, birləşmə müqaviləsinin bir hissəsi olaraq “xAI” “SpaceX”in tam mülkiyyətində olan törəmə müəssisəsinə çevriləcək. 

Aydın Baxış


SON XƏBƏRLƏR

02 Fevral 2026