• Bakı C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.23

Gürcüstan daha 57 əcnəbini deportasiya etdi

DÜNYA

03 Fevral 2026 | 11:25

Gürcüstan daha 57 əcnəbini deportasiya etdi

Son günlərdə Gürcüstanda 57 nəfər əcnəbinin ölkədə qanuni olma və yaşama qaydalarını pozması müəyyənləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Türkiyə, Hindistan, Tailand, Rusiya, Çin, Kuba, Azərbaycan, Banqladeş, İran, Özbəkistan, Yəmən, Yunanıstan, Əlcəzair, Misir, Türkmənistan, İordaniya, İsrail, Mərakeş, Nepal, Nigeriya və Suriya vətəndaşları olan həmin şəxslər Gürcüstandan deportasiya edilib.

Yerli qanunvericiliyə uyğun olaraq onların Gürcüstana girişinə qadağa tətbiq olunub.

DİN-in məlumatına əsasən, bu ilin yanvar ayında Gürcüstandan çıxarılan xarici vətəndaşların sayı 232 nəfərdir.


SON XƏBƏRLƏR

02 Fevral 2026