Xəbər verdiyimiz kimi, Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun adı "Epşteyn" sənədlərində hallanıb.
Məsələnin detallarını araşdırmaq məqsədilə Bakıvaxtı.az sabiq nazirlə əlaqə saxlayıb.
E.Məmmədyarov bildirib ki, yayılan iddialar tamamilə yalandır.
"Mən hətta onun soyadını belə düzgün bilmirəm, yayılan məlumatlar əsassızdır", - deyə o qeyd edib.
Qeyd edək ki, mətbuatda tirajlanan xəbərlərdə Epşteynin nümayəndə heyətinin Bakıda parlament üzvləri və keçmiş xarici işlər naziri Elmar Məmmədyarovla görüşdüyü iddia olunub.
Lakin sənədlərdə Epşteynin səfərin təşkili və nümayəndə heyətinin formalaşdırılmasında birbaşa rolu olub-olmadığı açıq şəkildə göstərilmir.
Əli Hüseynov
Bakı 




