• Bakı C

    14.7 m/s

  • USD - 1.7

    EUR - 2.0076

    RUB - 2.2193

Otuza yaxın şair-yazıçı AYB-dən çıxarıldı - SƏBƏB

CƏMİYYƏT

03 Fevral 2026 | 13:35

Otuza yaxın şair-yazıçı AYB-dən çıxarıldı - SƏBƏB

Otuza yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.

O qeyd edib ki, 2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin Birlikdən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq edilmişdi:

“Xəbərdarlıqdan sonra 2020-ci ildən bəri üzvlük haqqını ödəməyən otuza yaxın şair-yazıçı AYB üzvlüyündən xaric edilib. Bu barədə həmən şəxslərə bildiriş göndəriləcək”.

Xəyal Rza 2020-ci ilə qədər olan üzvlük haqqı borclarının bir müddət əvvəl sıfırlandığını da vurğulayıb.


SON XƏBƏRLƏR