• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya Ukraynaya 71 raket və 450 dronla hücum etdi

DÜNYA

03 Fevral 2026 | 13:09 | Müəllif: Əli Hüseynov

Rusiya Ukraynaya 71 raket və 450 dronla hücum etdi

Rusiya Ukraynanın müxtəlif bölgələrinə 71 raket və 450 dronla hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna ordusunun açıqlamasına görə, hava hücumlarında İsgəndər-M, S-300, X-101, X-22, X-32, İsgəndər-K, Tsirkon və Oniks raketlərindən istifadə olunub.

Məlumata görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri 38 raketi və 412 dronu məhv edib, hücumda 9 nəfər yaralanıb.

Vladimir Zelenski Rusiyanı mülki infrastrukturu hədəf almaqda ittiham edərək müttəfiqləri Rusiya üzərində təzyiqi artırmağa çağırıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026