• Bakı C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.23

"Neftçi"nin sabiq futbolçusu "Xankəndi"də

İDMAN

03 Fevral 2026 | 12:45

Neftçinin sabiq futbolçusu Xankəndidə

Azərbaycanın II Liqa təmsilçisi "Xankəndi" heyətini "Neftçi"nin sabiq futbolçusu Əli Mürsəlovla gücləndirib.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

24 yaşlı futbolçunun son iş yeri I Liqa klubu "Baku Sportinq" olub.

Qeyd edək ki, Ə.Mürsəlov karyerası ərzində "Neftçi" ilə yanaşı, "Turan Tovuz" və "Zirə"nin də formasını geyinib.


SON XƏBƏRLƏR

02 Fevral 2026