• Bakı C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.23

Qırğızıstanla bağlı xəbərdarlıq edildi

DÜNYA

03 Fevral 2026 | 12:17

Qırğızıstanla bağlı xəbərdarlıq edildi

Avropa Parlamentinin üzvü Terri Marian Avropa İttifaqını (Aİ) Qırğızıstana təzyiqə görə tənqid edib.

Bakıvaxtı.az xəbər verir ki, deputat Aİ-nin Qırğızıstanın iqtisadi və geosiyasi vəziyyətini nəzərə almadığını, dialoq əvəzinə sərt ritorikadan istifadə etdiyini bildirib.

Terri Marian Qırğızıstanın tarixən Rusiya ilə yaxın olduğunu xatırladıb: “Əgər o, Rusiyadan kənarlaşdırırlarsa, Avropa iki milyon əmək miqratını qəbul etməyə hazırdırmı?”.

Deputat həmçinin Prezident Sadır Japarovun ictimaiyyət tərəfindən yüksək səviyyədə dəstəkləndiyini vurğulayıb. Onun sözlərinə görə, Japarov ölkənin bütövlüyü və hakimiyyət institutlarının fəaliyyətini təhdid edən cinayətkar və mafiya strukturlarına qarşı sərt kurs aparır, bəzən radikal üsullar tətbiq edir, amma bunlar Aİ-də qiymətləndirilmir.

Siyasətçi Qırğızıstanın izolyasiya edilməsini düzgün saymadığını və Bişkeklə dialoq və əlaqələrin davam etdirilməsini dəstəklədiyini bildirib. Marian təzyiqin əks təsir yarada biləcəyini və Qırğızıstanı Aİ-dən uzaqlaşdırmağa çalışan tərəfdaşlarla yaxınlaşmağa sövq edə biləcəyini xəbərdar edib.

Qeyd edək ki, Avropa İttifaqı Rusiya ilə bağlı 20-ci sanksiyalar paketi çərçivəsində Qırğızıstana qarşı ilk dəfə xüsusi tədbirlər tətbiq etməyi nəzərdən keçirir./Teleqraf 


SON XƏBƏRLƏR

02 Fevral 2026