Qərbi Azərbaycan mövzusu yalnız tarix kitablarında qalmayıb, bu, indiki siyasətin və regional reallıqların da ayrılmaz hissəsidir. Əgər Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlər daha geniş işıqlandırılsa, Ermənistan ictimaiyyəti və siyasi elitası üçün bu, təkcə keçmişin xatırlanması deyil, həm də real təhlükə anlamına gələcək.
Olarsa, erməni mediası və rəsmi dairələr bu reallığı gündəmə gətirəcək, daxili siyasi müzakirələrdə Qərbi Azərbaycan faktoru ön plana çıxacaq və uzun müddətdir inkarlanan tarixi torpaqların adlarının tanınmasına, hətta azərbaycanlıların həmin ərazilərə qayıdış perspektivinə yol açacaq.
Bu istiqamətdə süjet, yalnız tarixi faktları təqdim etməklə kifayətlənmir, həm də deportasiyaya məruz qalmış insanların həyat hekayələrini, qədim yaşayış məskənləri və mədəniyyət nümunələrini işıqlandırmaq lazım olur, Qərbi Azərbaycanın Azərbaycan xalqı üçün əbədi mənsubiyyətini dünyaya çatdırmağı hədəfləyir.
Əgər Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlər geniş şəkildə işıqlandırılsa və deportasiyaya məruz qalmış insanların hekayələri dünyaya çatdırılsa, bu, regional siyasət və Ermənistan ictimaiyyəti üçün nə kimi real təsirlərə səbəb ola bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən filologiya üzrə fəlsəfə doktoru Elşad Abışov deyib ki, bu, təzə məsələ deyil:
"Hələ 19-cu əsrdən başlayaraq Azərbaycanda fəaliyyət göstərmiş alman şərqşünası qeyd edirdi ki, Qafqazda yaşayan ermənilər öz şeirlərini tatar dilində yazırdılar. Maraqlıdır ki, yalnız şeirlər deyil, hətta nağıllar, folklor nümunələri də azərbaycan dilində yaradılırdı. Bu, göstərir ki, ermənilərin Azərbaycan dilinə münasibəti yeni yaranmış bir hadisə deyil, tarixi kökləri olan bir prosesdir".
Onun sözlərinə görə, bu gün də sosial şəbəkələrdə və televiziya proqramlarında müşahidə edə bilərik ki, 30 il ərzində birbaşa ünsiyyətimiz olmasa belə, müəyyən erməni icmaları Azərbaycan dilində danışırlar, yazırlar və bizim mədəniyyətimizlə bağlı paylaşımlar edirlər.
"Buradan aydın olur ki, onlar müəyyən prinsipial yanaşmanı qəbul edirlər: bir xalqla, bir millətlə işləyərkən onun dilini bilməlisən. Əslində, bu, yaxşı bir ənənədir və mədəniyyətlərarası əlaqələr üçün mühüm göstəricidir",- E.Abışov deyib.

Elşad Abışov: Dilimiz yalnız kommunikasiya vasitəsi deyil, həm də nüfuz və mədəniyyət faktoru kimi qiymətlidir
Həmsöhbətimiz bildirib ki, bu, həm də Azərbaycan dilinin Qafqaz regionunda və ümumiyyətlə Asiyada tarixi əhəmiyyətini göstərir:
"Dilimiz yalnız kommunikasiya vasitəsi deyil, həm də nüfuz və mədəniyyət faktoru kimi qiymətlidir. Azərbaycan dilinin Qafqazda geniş yayılması və tanınması, onun həm rəsmi, həm də qeyri-rəsmi sahələrdə istifadə olunması, dilimizin gücünü və nüfuzunu sübut edir".
Sonda o vurğulayıb ki, yaxşı düşmənçilik üçün belə dil bilikləri zəruridir:
"Tarix göstərir ki, qarşı tərəfin dilini bilmək, onun mədəniyyətini və düşüncə tərzini anlamaq, hər hansı münasibətdə uğur qazanmaq üçün əsas şərtdir. Belə baxdıqda, Azərbaycan dili Qafqazda həm mədəniyyət, həm də strateji nüfuz vasitəsi kimi önəmli rol oynayır".
Əli Hüseynov
Bakı 




