Masallı Səyyar ASAN xidmət avtobusu Cəlilabadda xidmətə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, 3-25 fevral Cəlilabad rayonu Heydər Əliyev prospekti 138 ünvanında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Masallı "ASAN xidmət" mərkəzinin Səyyar Xidmətin təşkili sektorunun əməkdaşları tərəfindən vətəndaşlara səyyar xidmət göstəriləcək.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
Qeyd edək ki, Cəlilabadla yanaşı, 3-25 fevral tarixində Yevlaxda, Şirvanda, Xaçmazda, Goranboyda, Ağdaşda və Xırdalanda, 3-12 fevral tarixində Göygöldə, 16-25 fevral tarixində isə Samuxda vətəndaşlara səyyar xidmət göstəriləcək.
Bakı 







