2025-ci ilin yanvar-dekabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC 1,5 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 dəfə çoxdur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın yanvar sayında bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin ixrac gəlirləri 268 min dollar olub.
Bakı 




