• Bakı 13° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Rusiyanın TRIPP-də iştirakı absurd olar - Simonyan

DÜNYA

03 Fevral 2026 | 14:07

Rusiyanın TRIPP-də iştirakı absurd olar - Simonyan

TRIPP Ermənistan və Amerikanın layihəsidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan mətbuata müsahibəsində deyib.

O, Moskvanın TRIPP-ə qoşulma ehtimalının 5 fevralda Rusiyaya rəsmi səfəri zamanı müzakirə olunub-olunmayacağına dair sualı cavablandırarkən bildirib:

“Əgər söhbət oxşar marşrutun və ya oxşar yolun açılmasından gedirsə, mənim fikrimcə, bu, ayrıca bir təşəbbüs olmalıdır, amma TRIPP çərçivəsində bunu bir az absurd hesab edirəm. Çünki bu, TRIPP-in işləməsinin qarşısını almaq üçün hər şeyi etmək demək olardı”.


SON XƏBƏRLƏR