• Bakı C

    14.7 m/s

  • USD - 1.7

    EUR - 2.0076

    RUB - 2.2193

Zaqatalada yol qəzası - 4 nəfər xəsarət aldı

HADİSƏ

03 Fevral 2026 | 14:02

Zaqatalada yol qəzası - 4 nəfər xəsarət aldı

Zaqatalada yol qəzası baş verib.

Bakıvaxtı.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda qeydə alınıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər - Aşağı Çardaqlar kənd sakinləri, 60 yaşlı Rəsul Bədirov, 23 yaşlı Məhəmməd Osmanov, 28 yaşlı Səbuhi Yusif oğlu Sofiyev və 25 yaşlı Vasif Yusif oğlu Sofiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər.

V. Sofiyev və R. Bədirovun müalicəsi xəstəxanada davam etdirilir. Digər iki nəfərin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.


SON XƏBƏRLƏR