İsveç və Danimarka birlikdə Ukraynanı “Tridon” Hava Hücumundan Müdafiə sistemləri ilə təmin edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Qeyd edilib ki, HHM sistemlərinin ümumi dəyəri 290 milyon dollar həcmindədir.
HHM sistemləri ilə bağlı xərclərin çoxunu İsveç ödəyəcək.
İsveçin müdafiə naziri Pal Conson bildirib ki, Kiyevə veriləcək sistemlər sadəcə Ukraynanın təhlükəsizliyini gücləndirməyəcək, həm də ölkəsinin istehsal qabiliyyətini artıracaq.
Qeyd edək ki, “Tridon” HHM sistemi İsveç istehsalıdır. Danimarka bu sistemlərin Ukraynaya tədarükünə maliyyə dəstəyi verəcək.
Bakı 




