• Bakı C

    14.02 m/s

  • USD - 1.7

    EUR - 2.0076

    RUB - 2.2193

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

SİYASƏT

03 Fevral 2026 | 16:39

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, humanitar yardıma 17 ədəd generator, 4 ədəd daşınabilən enerji sistemi və digər enerji avadanlıqları daxildir.

“Azərbaycana hökumətinə, müəssisələrinə, təşkilatlarına və bütün Azərbaycan xalqına Ukraynaya davamlı dəstəyə görə səmimi minnətdarlığı bildirirəm”, - səfir qeyd edib.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.


SON XƏBƏRLƏR