• Bakı C

    14.7 m/s

  • USD - 1.7

    EUR - 2.0076

    RUB - 2.2193

Gəncədə güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

İDMAN

03 Fevral 2026 | 14:32

Gəncədə güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Gəncədə yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Gəncə İdman Sarayında təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, idman ictimaiyyətinin nümayəndələri və Azərbaycan güləşinin tanınmış simaları iştirak ediblər.

Yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatı bu gün start götürüb. Yarış fevralın 7-dək davam edəcək.

Qeyd edək ki, fevralın 8-də qadın güləşi üzrə U-15 və U-17 ölkə birinciliyi, həmçinin 9-13 fevralda eyni məkanda yunan-Roma və sərbəst güləş üzrə U-17 Azərbaycan çempionatı da baş tutacaq. Görüşlər hər gün 10:00-da start götürəcək.


SON XƏBƏRLƏR