• Bakı 24° C

    4.4 m/s

"Neftçi" – "Qarabağ" oyunu təxirə salınmayacaq

İDMAN

03 Fevral 2026 | 17:06 | Müəllif: Əli Hüseynov

"Neftçi" – "Qarabağ" oyunu təxirə salınmayacaq

Misli Premyer Liqasının XXI turu çərçivəsində keçirilməsi nəzərdə tutulan "Neftçi" – "Qarabağ" matçı planlaşdırıldığı kimi baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, "Qarabağ" klubu Avropa Liqasının pley-off mərhələsində "Newcastle United" ilə oyun öncəsi qarşılaşmanın təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət edib. Lakin qaydalara əsasən matçın vaxtının dəyişdirilməsi üçün hər iki klubun razılığı tələb olunur.

"Neftçi" tərəfi bu təklifi qəbul etməyib və oyunun təxirə salınmasına etiraz edib.

Bununla da qarşılaşmanın vaxtı dəyişdirilməyib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026