Əlcəzairdə əməliyyat zamanı 4 silahlı zərərsizləşdirilib, xeyli silah-sursat ələ keçirilib.
Bakıvaxtı.az Əlcəzairin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, paytaxt Əlcəzair şəhərinin qərbində həyata keçirilən əməliyyat ölkədə davam edən antiterror tədbirləri çərçivəsində reallaşdırılıb.
Rəsmi mənbələr əməliyyatın məqsədinin bölgədə fəaliyyət göstərən silahlı qrupların tam zərərsizləşdirilməsi olduğunu bildirib.
Qeyd edək ki, Əlcəzairdə 1990-cı illərdən bəri silahlı qruplar fəaliyyət göstərir. Son illər bu qrupların qarşısı əhəmiyyətli dərəcədə alınsa da, onların bəziləri ucqar dağlıq ərazilərdə hələ də fəaliyyət göstərir.
Bakı 




