"Nyukasl Yunayted" klubu müdafiəçisi və kapitanı Camal Lassellslə yolları ayırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2015-ci ildən İngiltərə təmsilçisində çıxış edən 32 yaşlı müdafiəçi "Lester Siti" klubuna transfer olub. Təcrübəli futbolçu "Nyukasl Yunayted"in heyətində ümumilikdə 253 oyuna çıxıb.
Xatırladaq ki, fevralın 18-də UEFA Çempionlar Liqasının play-off mərhələsində "Qarabağ" Bakıda "Nyukasl Yunayted"ə qarşı ilk görüşünü keçirəcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq./Oxu.Az
Bakı 





