• Bakı C

    14.02 m/s

  • USD - 1.7

    EUR - 2.0076

    RUB - 2.2193

Çörək və unlu məmulatların emalı müəssisəsində nöqsanlar aşkarlandı

    CƏMİYYƏT

    03 Fevral 2026 | 16:28

    Çörək və unlu məmulatların emalı müəssisəsində nöqsanlar aşkarlandı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Zəngilan rayonunun Ağalı kəndində “Xan Çinar 2020” MMC-yə məxsus çörək və unlu məmulatların emalı müəssisəsində yoxlama keçiriblər.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə istifadə müddəti bitmiş bir sıra xammal məhsulları aşkarlanıb. Həmçinin qida məhsullarının donunun açılması prosedurunun normalara uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub.

    Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib.

    İstehlaka yararsız qida məhsullarının dövriyyədən çıxarılaraq məhv edilməsinə dair müvafiq qərar qəbul olunub.


    SON XƏBƏRLƏR