• Bakı C

    14.7 m/s

  • USD - 1.7

    EUR - 2.0076

    RUB - 2.2193

Kantenin “Fənərbağça”ya transferi baş tutmadı

İDMAN

03 Fevral 2026 | 14:47

Kantenin “Fənərbağça”ya transferi baş tutmadı

Fransa millisinin və Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasının futbolçusu Nqolo Kantenin “Fənərbağça”ya transferi baş tutmayıb.

Bakıvaxtı.az xəbər verir ki, buna yarımmüdafiəçinin keçidi üçün lazım olan sənədlərin sistemə vaxtında yüklənməməsi səbəb olub.

İstanbul təmsilçisi üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirsə də, qarşı tərəf eyni dərəcədə məsuliyyətli hərəkət etməyib. Nəticədə Kantenin “Fənərbağça”ya, Yussuf En-Nesirinin isə “Əl-İttihad”a keçidi alınmayıb.

Qeyd edək ki, daha əvvəl tərəflər arasında hər iki oyunçunun transferi ilə bağlı razılıq əldə olunmuşdu. Hətta Nqolo Kante tibbi müayinədən də keçmişdi.


SON XƏBƏRLƏR