• Bakı 12° C

    3.32 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

100 il sonra bu şəhərlər xəritədən silinə bilər - Siyahı təqdim edildi

DÜNYA

03 Noyabr 2025 | 18:57

100 il sonra bu şəhərlər xəritədən silinə bilər - Siyahı təqdim edildi

Yeni bir araşdırma iqlim böhranının növbəti əsrdə dünya xəritəsini dəyişdirəcəyini ortaya qoyub.

Bakıvaxtı.az xəbər verir ki, dəniz səviyyəsinin qalxması səbəbindən otuz yeddi şəhər yox olmaq təhlükəsi ilə üzləşir. İstanbul və İzmir də siyahıdadır.

"Swiftest"in hesabatına görə, dəniz səviyyəsinin qalxması və daşqınlar səbəbindən 100 il ərzində 37 şəhər xəritədən silinmə təhlükəsi ilə üzləşir.

Hesabatda Türkiyənin İstanbul və İzmir şəhərləri risk altında olan şəhərlər kimi yer alır.
Qlobal istiləşmənin və iqlim böhranının təsirləri növbəti əsrdə dünyanı sözün əsl mənasında dəyişdirə bilər. Yeni bir araşdırmaya görə, növbəti 100 il ərzində 37 şəhər xəritədən tamamilə silinmə təhlükəsi ilə üzləşir. 

100 ildə xəritədən silinmə təhlükəsində olan şəhərlər:
 
Tokio - Yaponiya
Mumbay - Hindistan
Nyu-York - ABŞ
Osaka - Yaponiya
İstanbul - Türkiyə
İzmir - Türkiyə
Kolkata - Hindistan
Banqkok - Tayland
Cakarta - İndoneziya
London - İngiltərə
Dakka - Banqladeş
Ho Şi Min - Vyetnam
San-Fransisko - ABŞ
Mayami - ABŞ
İsgəndəriyyə - Misir
Sidney - Avstraliya
Boston - ABŞ
Lissabon - Portuqaliya
Dubay - Birləşmiş Ərəb Əmirlikləri
Vankuver - Kanada
Əbu-Dabi - Birləşmiş Ərəb Əmirlikləri
Kopenhagen - Danimarka
Yeni Orlean - ABŞ
Dublin - İrlandiya
Honolulu - ABŞ
Amsterdam - Hollandiya
Kankun - Meksika
Venesiya - İtaliya
Çarlston - ABŞ
Makao - Çin
Male - Maldiv adaları
Lonq Biç - ABŞ
Savanna - ABŞ
Nassau - Baham adaları
Punta Kana - Dominikan Respublikası
Ki-Uest - ABŞ
Kokbern Taun - Terks və Kaykos Adaları/Milli.az


SON XƏBƏRLƏR

03 Noyabr 2025