• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sibiqa və Rutte arasında Brüsseldə görüş oldu

DÜNYA

03 Dekabr 2025 | 16:25

Sibiqa və Rutte arasında Brüsseldə görüş oldu

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və NATO-nun Baş katibi Mark Rutte arasında Brüsseldə görüş olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Andrey Sibiqa özünün “X” hesabında məlumat verib.

“Mən NATO Baş katibi ilə müharibəyə son qoymaq üçün növbəti addımlarımız barəsində və sülh səylərimizdə son yeniliklərlə bağlı məlumatları bölüşdüm. Biz Ukraynanın müdafiəsinin gücləndirilməsi yollarını və Rusiyaya təzyiqin artırılmasını müzakirə etdik. NATO-ya və üzv ölkələrə göstərdikləri dəstəyə görə minnətdaram”, - Sibiqa yazıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026