• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Prezident hərbi paraddan DANIŞDI

SİYASƏT

03 Noyabr 2025 | 14:06

Prezident hərbi paraddan DANIŞDI


Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik. Hərbi parad təşkil ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı söyləyib.

“Beş il əvvəl, 2020-ci ilin dekabrında Zəfər paradı keçirilmişdir. 2023-cü ildə Xankəndidə hərbi parad keçirilmişdir ki, Azərbaycanın suverenliyi tam bərpa edilmişdir. Bir neçə gündən sonra Azadlıq meydanında hərbi paradın keçirilməsi böyük hadisədir, qürurverici hadisədir. Azərbaycan xalqı bu Şanlı Zəfərlə bundan sonra əbədi fəxr edəcək”, - o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026