"Qlobal siyasətdə və qlobal iqtisadiyyatda baş verən təlatümlərə baxmayaraq, Rusiya ilə Çin arasında əməkdaşlıq güclənir və yeni irimiqyaslı layihələrə start veririk".
Bakıvaxtı.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin deyib.
Onun sözlərinə görə, Rusiya və Çin neft və qaz hasilatı, yüksək texnologiyalı avadanlıq istehsalı, enerji, dinc nüvə enerjisi, kosmik tədqiqatlar sahələrində birgə irimiqyaslı layihələr həyata keçirir. Bundan əlavə, aviasiya və avtomobil sənayesində, eləcə də Arktikadan keçən marşrutlar da daxil olmaqla nəqliyyat dəhlizlərində əməkdaşlıq inkişaf edir.
Baş nazir vurğulayıb ki, müntəzəm görüşlər formatı artıq üç onillikdir ki, mövcuddur:
"Bu, Rusiya-Çin münasibətlərinin hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyət kimi davamlılığını, etibarlılığını və sabitliyini nümayiş etdirir. Rusiya və Çin əsas beynəlxalq məsələlərdə oxşar fikirlərə malikdir".
Gülşən Şərif
Bakı 


