Türkiyənin Bursa şəhərinin Yıldırım rayonunda Rusiya vətəndaşı olan 20 yaşlı Arzu Xəlilova mübahisə zəminində Azərbaycan əsilli sevgilisi S.M. (27) tərəfindən 75 dəfə bıçaqlanaraq öldürülüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə saat 15:00 radələrində Yıldırım rayonunun Deyirmenlikızık məhəlləsindəki evdə baş verib. Birlikdə yaşayan Arzu Xəlilova ilə sevgilisi S.M. arasında mübahisə tez bir zamanda davaya çevrilib. Dava zamanı S.M. Xəlilovanı bıçaqlayıb. Qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
S.M. əlində bıçaqla tutularaq saxlanılıb.
Bakı 


