• Bakı 13° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycan Mədəniyyət Elçilərinin Forumu panel müzakirələri ilə davam edib - FOTOLAR

MƏDƏNİYYƏT

03 Noyabr 2025 | 18:37 | Müəllif: Subhan Mahmudov

Azərbaycan Mədəniyyət Elçilərinin Forumu panel müzakirələri ilə davam edib - FOTOLAR

Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 3-5 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu açılış mərasimindən sonra panel müzakirələri ilə öz işini davam etdirib.

“Mədəniyyət sahəsində beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi: əməkdaşlıq imkanları vəperspektivlər” adlı ilk panel pianoçu, Əməkdar artist, Nyu-Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti Nərgiz Əliyarovanın moderatorluğu ilə gerçəkləşib.

Paneldə mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, Türkiyənin Mersin Universiteti Musiqi və səhnə sənətləri fakültəsinin dekanı professor Toğrul Qəniyev və "Ophrys Art Qallery"in təsisçisi Cəmilə Orucova mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Bildirilib ki, hazırdadünyada mədəniyyətin müxtəlif sahələrində innovativ yanaşmalar geniş şəkildə tətbiq olunur. Vurğulanıb ki, mədəniyyət sahəsinin inkişafı onun əsas missiyasına kölgə salmadan təmin edilməli, milli-mənəvi dəyərlər diqqətdə saxlanılmalıdır.

İnteraktiv formatda davam edən paneldə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı təkliflər səsləndirilib.


Azərbaycan Mədəniyyət Elçilərinin Forumu panel müzakirələri ilə davam edib - FOTOLARAzərbaycan Mədəniyyət Elçilərinin Forumu panel müzakirələri ilə davam edib - FOTOLARAzərbaycan Mədəniyyət Elçilərinin Forumu panel müzakirələri ilə davam edib - FOTOLARAzərbaycan Mədəniyyət Elçilərinin Forumu panel müzakirələri ilə davam edib - FOTOLARAzərbaycan Mədəniyyət Elçilərinin Forumu panel müzakirələri ilə davam edib - FOTOLARAzərbaycan Mədəniyyət Elçilərinin Forumu panel müzakirələri ilə davam edib - FOTOLARAzərbaycan Mədəniyyət Elçilərinin Forumu panel müzakirələri ilə davam edib - FOTOLARAzərbaycan Mədəniyyət Elçilərinin Forumu panel müzakirələri ilə davam edib - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026