• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bülbülün nəvəsi Simfonik Orkestrinin dirijoru təyin olundu

MƏDƏNİYYƏT

30 Noyabr 2025 | 17:44 | Müəllif: Subhan Mahmudov

Bülbülün nəvəsi Simfonik Orkestrinin dirijoru təyin olundu

Dahi müğənni Bülbülün nəvəsi Murtuza Bülbül Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, Murtuza Bülbül 2001-ci ildə bəstəkar, Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun ailəsində dünyaya gəlib. O, musiqi təhsilinə Moskvadakı Betxoven adına Uşaq Musiqi Məktəbində başlayıb.

2020-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Akademik Musiqi Kollecini (xor dirijorluğu şöbəsi, Leonid Pavlovun sinfi), ardınca isə Moskva Konservatoriyasının opera-simfonik dirijorluq fakültəsini (Vyaçeslav Valeyevin sinfi) fərqlənmə ilə bitirib. O, həmçinin Vyana şəhərində Günter Neuholdun, Berlində isə Johannes Wilndner'in rəhbərliyi altında ustalığını təkmilləşdirib.

Murtuza Bülbülbülün dirijor kimi debütü 2015-ci ildə Bakıda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə olub. O, Rusiya Milli Orkestri, Rusiyanın Əməkdar Kollektivi olan Sankt-Peterburq Filarmoniyasının Akademik Simfonik Orkestri, Moskva Filarmoniyasının Akademik Simfonik Orkestri, Rusiyanın Dövlət Kinematoqrafiyası Simfonik Orkestri, Moskva Gənclər Kamera Orkestri və digər nüfuzlu kollektivlərlə çıxış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026