• Bakı 22° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Ehtiyatda olan polkovnik dünyasını dəyişdi

CƏMİYYƏT

04 Noyabr 2025 | 00:16 | Müəllif: Subhan Mahmudov

Ehtiyatda olan polkovnik dünyasını dəyişdi

Ehtiyatda olan polis polkovniki Fazil Hüseynov vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.

Polkovnik xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, bir müddətdir komada idi.

Qeyd edək ki, Hüseynov Fazil Kamil oğlu 1950-ci ildə Laçın şəhərində anadan olub. İndiki Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Əvvəlcə Türkmənistan SSR-də işləyib. Azərbaycana qayıtdıqdan sonra Bakı və Sumqayıt polis sistemində çalışıb.

Mərhumun iki oğlu, bir qızı var. Oğlu Azər Hüseynov Daxili İşlər Nazirliyində çalışır. Polkovnik-leytenantdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026