Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Sosial şəbəkələrdəki mesajında o, rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyasının proporsional siyahısı çərçivəsində namizədliyinin irəli sürülməsini təsdiqləyən məktubun ekran görüntüsünü dərc edib.
Seçkilərdə iştirak etmək barədə bəyanatları, həmçinin ikinci prezident Robert Köçəryan, keçmiş ombudsman Arman Tatoyan və həmçinin "Bizim hərəkat" verib. Sonuncunun ideya lideri isə iyunun 18-dən həbsdə olan biznesmen Samvel Karapetyandır.
Bakı 


