• Bakı 12° C

    3.32 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Bu gün Günəşdə ard-arda iki partlayış baş verib

HADİSƏ

03 Noyabr 2025 | 18:30

Bu gün Günəşdə ard-arda iki partlayış baş verib

Bu gün Günəşdə rentgen diapazonunda M5.0 və M1.6 gücündə iki partlayış qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

"3 noyabr saat 13:11-də (Bakı vaxtı ilə 14:11 ) rentgen diapazonunda 60 dəqiqə davam edən M5.0 (N22E84) partlayış, saat 12:25-də (Bakı vaxtı ilə 13:25-də) isə 61 dəqiqə davam edən M1.6 (N26E82) partlayışı qeydə alınıb", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə - A, B, C, M və X siniflərinə bölünür. A ən zəif, X isə ən güclü partlayış sinfi hesab olunur./Milli.az


SON XƏBƏRLƏR

03 Noyabr 2025