• Bakı 18° C

    3.67 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

"Gürcü Arzusu" partiyası seçkilərdə qalib gəldiyini elan edib

DÜNYA

04 Oktyabr 2025 | 21:07

Gürcü Arzusu partiyası seçkilərdə qalib gəldiyini elan edib

Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası bələdiyyə seçkilərində qalib gəldiyini elan edib.

Bakıvaxtı.az xəbər verir ki, partiya bütün bələdiyyələrdə ilk turda qələbə qazandığını bildirib.

Bu arada Tbilisidə etirazçılar "Gürcü Arzusu"nun baş ofisinə yürüşə hazırlaşırlar.

Hakim partiyanın baş qərargahı yaxınlığına polis qüvvələri səfərbər olunub.

Hazırda baş ofisdə partiya rəhbərliyində təmsil olunan şəxslər toplaşıb. "Gürcü Arzusu"nun təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin də iştirak etdiyi tədbirdə partiyanın yerli seçkilərdə qələbəsi qeyd olunur.


SON XƏBƏRLƏR