Oreqon dairə məhkəməsi ABŞ prezidenti Donald Trampın iğtişaşlarla mübarizə üçün Portlendə Milli Qvardiya qoşunlarını yerləşdirməsini müvəqqəti olaraq qadağan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məhkəmənin məlumatında deyilir.
"Federal hakim, Oreqon ştatının Portlend şəhərindəki İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin qərargahı qarşısında gecədə keçirilən etirazlara cavab olaraq Tramp administrasiyasının Oreqon Milli Qvardiya qoşunlarını yerləşdirməsini əngəlləyib", - məlumatda deyilir.
Qadağa oktyabrın 18-dək qüvvədə qalacaq.Məhkəmə öz qərarında qeyd edib ki, Tramp federal qoşunları vahid ştatda yerləşdirməklə konstitusiya səlahiyyətlərini aşıb.