• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əfqanıstandakı zəlzələdə yaralananların sayı 1000-ə çatır

DÜNYA

04 Noyabr 2025 | 18:33 | Müəllif: Subhan Mahmudov

Əfqanıstandakı zəlzələdə yaralananların sayı 1000-ə çatır

Dünən Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb, 980 nəfərdən çox insan isə xəsarət alıb. 

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının məlumatında deyilir.

Bundan əlavə, 2 mindən çox ev tamamilə və ya qismən dağılıb. Bu rəqəmlərin artacağı gözlənilir. 

Mürəkkəb relyef şəraitinin və infrastrukturun zədələnməsinin axtarış-xilasetmə işlərini çətinləşdirdiyi bildirilib. 

Xatırladaq ki, noyabrın 3-nə keçən gecə Əfqanıstanın şimalında 6,3 bal gücündə zəlzələ baş verib. İlkin məlumatda təbii fəlakət nəticəsində 20 nəfərin öldüyü, daha 320 nəfərin isə yaralandığı qeyd olunmuşdu.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026