• Bakı 11° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9817

    RUB - 2.2074

Türk professor Berlin Texniki Universitetinin rektoru seçildi

    DÜNYA

    04 Dekabr 2025 | 15:52

    Türk professor Berlin Texniki Universitetinin rektoru seçildi

    Türk professor Fatma Dəniz Berlin Texniki Universitetinin yeni rektoru seçilib.

    Bakıvaxtı.az xəbər verir ki, 42 yaşlı F.Dəniz səsvermədə hazırkı rektordan iki dəfə çox səs toplayıb. O, vəzifəsinin icrasına gələn il aprelin 1-dən başlaycaq və dörd il fəaliyyət göstərəcək.

    Münxendə doğulan F.Dəniz orta təhsilinin bir hissəsini Türkiyədə alıb. O, universiteti Münxendə bitirdikdən sonra Kaliforniya Universietində (Berkeley) elmi tədqiqatlar aparıb. Hazırda Berlin Texniki Universitetində rəqəmsallaşma və dayanıqlılıq üzrə vitse-prezident və informatika professoru vəzifəsində çalışan F.Dənizin elmi fəaliyyəti informatika ilə neyroelmin sintezi, xüsusilə beyin və texnoloji sistemlərdə dil emalı, süni intellekt sahələrini əhatə edir.


    SON XƏBƏRLƏR