• Bakı C

    10.62 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

İran ABŞ-nin Venesuelaya hücumunu pisləyib - YENİLƏNİB

DÜNYA

03 Yanvar 2026 | 15:04

İran ABŞ-nin Venesuelaya hücumunu pisləyib - YENİLƏNİB

İran ABŞ-nin Venesuelaya hücumunu qətiyyətlə pisləyib və bunun "Milli suverenliyin kobud şəkildə pozulması" adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

"İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-nin Venesuelaya hərbi hücumunu və bu ölkənin milli suverenliyi ilə ərazi bütövlüyünün kobud şəkildə pozulmasını qətiyyətlə pisləyir. Bu addım BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental prinsiplərinin ciddi şəkildə pozulmasıdır", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaq ölkədən çıxarıldığını açıqlayıb.

O bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum həyata keçirib:

"Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə icra olunub. Ətraflı məlumat veriləcək. Bu gün Mar-a-Lago-da mətbuat konfransı keçiriləcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!"


***
13:31

İran ABŞ-nin Venesuelaya hərbi hücumunu pisləyib.

Bakıvaxtı.az LeMonde.fr-ə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyi ABŞ-nin Venesuelaya qarşı hərbi əməliyyatını qətiyyətlə pisləyib.

Nazirliyin bəyanatında İranın Venesuela ilə sıx əlaqələri olduğu vurğulanıb.

Məlumatda qeyd olunub ki, bu addım ölkənin milli suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır.

Aydın Baxış


SON XƏBƏRLƏR

03 Yanvar 2026