Avropa Komissiyası Meta-nın WhatsApp-da rəqib süni intellekt provayderlərini məhdudlaşdırdığı şübhəsi ilə araşdırma aparır.
Bakıvaxtı.az Politico-ya istinadla xəbər verir ki, yeni siyasətə görə, əsas fəaliyyəti AI olan şirkətlər WhatsApp Business Solution alətindən istifadə edə bilməz. Komissiya bunun Meta-nın öz AI xidmətinə üstünlük yaratdığını və rəqibləri platformadan kənarlaşdırdığını iddia edir.
Məlumatda bildirilir ki, İtaliya rəqabət qurumu da paralel araşdırma aparır. Aİ rəqabət komissarı Tereza Ribera bildirib ki, AI bazarında ədalətli rəqabət qorunmalıdır.
WhatsApp isə ittihamları rədd edərək bildirir ki, AI çatbotları sistemləri həddindən artıq yükləyir və bazar onsuz da rəqabətlidir.
Zeynəb Rzayeva
Bakı 



