Çin alimləri ilk dəfə dünyada göz cərrahiyyə əməliyyatını 4200 kilometr məsafədən robot vasitəsilə həyata keçiriblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, əməliyyat Sun Yatsen Universitetinin mütəxəssisləri tərəfindən 5G texnologiyası üzərindən icra olunub. Əməliyyat zamanı subretinal inyeksiya (gözün torlu qişası altına iynə ilə müdaxilə) proseduru uğurla yerinə yetirilib. Bildirilib ki, bu hadisə uzaqdan yüksək texnologiyalı oftalmoloji əməliyyatların inkişafında mühüm addım hesab olunur.
Qeyd edək ki, cəmi 7 dəqiqə davam edən əməliyyat həkimlərin nəzarəti altında tam uğurla başa çatıb./Qafqazinfo
Bakı 


