Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 2018-ci ilin iyulunda Baş nazir Nikol Paşinyanla görüşdə ona üç məsləhət verib.
Bakıvaxtı.az xəbər verir ki, bu iddia ilə Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan çıxış edib.
Zurabyan bildirib ki, Ter-Petrosyanın Paşinyana verdiyi məsləhətlərdən biri Rusiya ilə münasibətlərin yaxşılaşdırılması olub:
“Birinci məsləhət Qarabağ danışıqları ilə bağlı idi. Ter-Petrosyan Paşinyana tövsiyə edib ki, Serj Sərkisyanın dövründə danışıqlarda müzakirə olunan sənədləri dərc etsin. Bu, danışıqlar prosesində İrəvanın mövqelərini gücləndirə bilərdi.
İkinci məsləhət Ermənistan-Rusiya münasibətləri ilə bağlı idi. Bu münasibətlərin yaxşılaşdırılması vacib idi.
Üçüncü məsləhət isə Ermənistanın müstəqilliyinin başlanğıcında əsas fiqurlardan biri olan daxili işlər naziri olmuş Vano Siradeqyanla bağlı idi”.
Zurabyan qeyd edib ki, Paşinyan bu məsləhətlərin heç birinə əməl etməyib./Publika.az
Bakı 



