• Bakı 11° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9817

    RUB - 2.2074

Putinin Noviçok hücumuna görə mənəvi məsuliyyəti təsdiqləndi
 

DÜNYA

04 Dekabr 2025 | 18:39

Putinin Noviçok hücumuna görə mənəvi məsuliyyəti təsdiqləndi 

Britaniyada keçirilən rəsmi araşdırma 2018-ci ildə baş vermiş "Noviçok" zəhərlənmələrinə görə Rusiya prezidenti Vladimir Putini “mənəvi cəhətdən məsul” hesab edib.

Bakıvaxtı.az Politico-ya istinadla xəbər verir ki, 2018-ci ildə Sergey Skripal və qızı təsadüfən zəhərli ətir flakonundan istifadə edərək ölüb. 

Araşdırmaya rəhbərlik edən Entoni Hyuz bildirib ki, Skripalı öldürmək əməliyyatı “Rusiya gücünün nümayişi” kimi planlaşdırılıb və “ən yüksək səviyyədə - prezident Putin tərəfindən təsdiq edilib”. Onun qızı isə tamamilə günahsız qurban idi.

Böyük Britaniya hökuməti Baş Kəşfiyyat İdarəsini tam şəkildə sanksiyalara məruz qoyduğunu açıqlayıb və Rusiya səfirini çağırıb. Hücumla əlaqədar iki idarə əməkdaşı - Aleksandr Mişkin və Anatoliy Çepiqanın adı çəkilib, lakin onlar Rusiyaya qayıtdıqları üçün həbs olunmayıblar.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR