• Bakı 15° C

    7.97 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.0988

Tramp və Szinpin gələn il bu şəhərlərdə görüşəcək

DÜNYA

04 Noyabr 2025 | 19:00

Tramp və Szinpin gələn il bu şəhərlərdə görüşəcək

2026-cı ildə dövlət səfərləri ilə yanaşı, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Szinpin Floridada G20 sammitində və Şençjendə keçiriləcək APEC sammitində də görüşə bilərlər.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ maliyyə naziri Skott Bessent bunu CNBC-yə verdiyi müsahibədə açıqlayıb.

O qeyd edib ki, gələn il Tramp Pekinə, Çin lideri isə ABŞ-a gələcək.

"Onlar həmçinin Doralda (Florida ştatının Mayami şəhərətrafı ərazisi) və sonra noyabr ayında Şençjendə G20 sammitində görüşə bilərlər", - Bessent bildirib.


SON XƏBƏRLƏR