• Bakı 18° C

    4.94 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Netanyahu: HƏMAS-ın silahsızlaşdırılması ya Trampın təklifi, ya da hərbi əməliyyatla reallaşdırılacaq

DÜNYA

04 Oktyabr 2025 | 23:21

Netanyahu: HƏMAS-ın silahsızlaşdırılması ya Trampın təklifi, ya da hərbi əməliyyatla reallaşdırılacaq

İsrail danışıqçıları əsirlərin azad edilməsi ilə bağlı təfərrüatları yaxın zamanda tamamlayacaqlar.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu İsrail Baş naziri Binyamin Netanyahu jurnalistlərə açıqlamasında deyib.

İsrail Baş naziri bildirib ki, danışıqçılar Trampın Qəzza planı çərçivəsində əsirlərin azad edilməsi üçün vaxt cədvəli üzərində işləyəcəklər.

Netanyahu həmçinin qeyd edib ki, ABŞ-nin təklifinə HƏMAS-ın silahsızlaşdırılması da daxildir. O əlavə edib ki, siahsızlaşdırma ya Trampın təklifi, ya da İsrail hərbi əməliyyatı vasitəsilə əldə olunacaq.

"Bütün hallarda, bu əldə ediləcək", - deyə Netanyahu bildirib.


SON XƏBƏRLƏR

04 Oktyabr 2025