Misli Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
Bakıvaxtı.az-ın məlumatına görə, günün ikinci matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"la üz-üzə gəlib.
Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 34-cü dəqiqədə Joralem Batista, 58-ci dəqiqədə Aleks de Souza fərqlənib. 90+cü dəqiqədə Ayxan Hüseynov adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran Tovuz klubu birinci pilləyə yüksəlib. "Gənclik şəhəri" təmsilçisi 11 xalla beşinci sıradadır.
Günün ilk matçında "Qarabağ" "Kəpəz"i məğlub edib - 1:0.
Qeyd edək ki, VII tura oktyabrın 5-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.