• Bakı 12° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

"Qarabağ"-"Çelsi" oyununun hakimləri AÇIQLANDI

İDMAN

03 Noyabr 2025 | 13:30

Qarabağ-Çelsi oyununun hakimləri AÇIQLANDI


Bakıda "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununun təyinatları müəyyənləşib.

Bakıvaxtı.az-ın məlumatına görə, görüş Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Sebastian Gishamer olacaq. FIFA referisinə Roland Riedel və Santino Schreiner köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Manuel Schuettengruber, AVAR-da Josef Spurny əyləşəcəklər.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

 


SON XƏBƏRLƏR