• Bakı 13° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Azərbaycan Premyer Liqasında X tura yekun vurulur

İDMAN

03 Noyabr 2025 | 10:12

Azərbaycan Premyer Liqasında X tura yekun vurulur

Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, son oyun günündə “Sabah” və “Qəbələ” komandaları üz-üzə gələcək.

“Bank Respublika Arena”da baş tutacaq görüş saat 19:30-da start götürəcək.

“Sabah” 8 oyundan sonra 15 xalla 7-ci pillədə qərarlaşıb. “Qəbələ” isə 5 xalla onuncudur.

Qeyd edək ki, turun digər oyunlarında “Sumqayıt” evdə “Araz-Naxçıvan”ı 3:2, “Turan-Tovuz” “Şamaxı”nı 2:1, “Neftçi” “Kəpəz”i 5:1, “Qarabağ” “İmişli”ni 2:0, “Zirə” isə səfərdə “Karvan-Yevlax”ı 3:2 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası

X tur

3 noyabr

19:30. “Sabah” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Asif Əliyev
“Bank Respublika Arena”.


SON XƏBƏRLƏR