• Bakı 14° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Gürcüstanda yerli seçkilərdə "Gürcü arzusu" Partiyası liderliyini qoruyur - YENİLƏNİB

DÜNYA

04 Oktyabr 2025 | 23:02

Gürcüstanda yerli seçkilərdə Gürcü arzusu Partiyası liderliyini qoruyur - YENİLƏNİB

Gürcüstan üzrə keçirilən yerli seçkilərdə "Gürcü arzusu" partiyası qalib gəlir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin məlumat yayıb.

Ölkə üzrə 3 061 seçki məntəqəsindən 2 233-nün nəticələri hesablanıb ki, bu da bülletenlərin 72,95 %-ni təşkil edir.

İlkin nəticələr göstərir ki, ölkə üzrə səs payı belədir: "Vətən, Dil, Din" – 4 203 səs (0,372 %), "Gürcüstan üçün Mühafizəkarlar" – 31 306 səs (2,768 %), "Bizim Vahid Gürcüstanımız" – 4 697 səs (0,415 %), "Azad Gürcüstan – 3 689 səs (0,326 %), "Gürcüstan Vətənpərvərlər Alyansı" – 9 579 səs (0, 847 %), "Güclü Gürcüstan" – Lelo – 76 690 səs (6,782 %), "Gürcüstan" – 1 720 səs (0,152 %), Yaşıllar Partiyası – 1 906 səs (0,169 %), "Xalq hökuməti" – 2 692 səs (0,238 %), "Gürcüstana Sevin" – 43 647 səs (3,86 %), "Qırçı" – 37 348 səs (3,303 %), "Gürcü Arzusu" – 913 320 səs (80,768%).

Tbilisidə isə proporsional seçkilərin nəticələrinə görə, "Gürcü Arzusu" 70,15 % səs toplayaraq liderdir.

Digər partiyaların səs payı aşağıdakı kimidir: "Vətən, Dil, Din" – 3 020 səs (1,019 %), "Gürcüstan üçün Mühafizəkarlar" – 12 811 səs (4,321 %), "Azad Gürcüstan" – 2 647 səs (0,893 %), "Gürcüstan Vətənpərvərlər Alyansı" – 3 151 səs (1,063 %), "Güclü Gürcüstan" – Lelo – 29 807 səs (10,054 %), "Gürcüstana Sevin" – 9 483 səs (3,199 %), "Qırçı" – 22 230 səs (7,498 %), "Gürcü Arzusu" – 207 985 səs (70,155 %).

***

20:21

Gürcüstanda bələdiyyə seçkiləri üzrə səsvermə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, yerli vaxtla saat 20:00-da seçki məntəqələri bağlanıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının saat 17:00-a olan son məlumatına əsasən, seçici fəallığı 33,5% təşkil edib.

Seçkilərin ilkin nəticələrinin iki saat ərzində açıqlanacağı gözlənilir.

***

18:45

Gürcüstanda bələdiyyə seçkilərində seçici fəallığı 33,5% təşkil edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Saat 17:00-a olan məlumata əsasən, 1 175 817 seçici səsvermə hüququndan istifadə edib.

***

16:24

Saat 15:00-a olan məlumata əsasən, Gürcüstanda yerli seçkilərdə seçici fəallığı 28,22% təşkil edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi (MSK) Natia İoseliani brifinqdə bildirib.

Onun sözlərinə görə, bu vaxta qədər 991 651 seçici səsvermədə iştirak edib.

MSK nümayəndəsi deyib ki, seçkilər sakit mühitdə keçir və səsvermə prosesinə təsir etməyən müəyyən insidentlər qeydə alınıb.

***

13:03

Gürcüstanda seçici fəallığı 17,15% təşkil edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Saat 12:00-a olan məlumata əsasən, səsvermədə 602 445 seçici iştirak edib.

Seçicilərin yüksək fəallığı Raça-Leçxumi və Kvemo Svaneti bölgələrində müşahidə olunub.

Bu vaxta qədər seçki komissiyalarına şikayətlərin daxil olmadığı qeyd edilib.

***

11:04

Saat 10:00-a olan məlumata əsasən, Gürcüstanda yerli seçkilərdə seçici fəallığı 7,85% təşkil edir.

Bakıvaxtı.az xəbəri verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

    Artıq 275 948 seçici səsvermə hüququndan istifadə edib.

    Seçicilərin ən yüksək fəallığı Raça-Leçxumi bölgəsində qeydə alınıb.

    Səsvermə prosesinin bütün ölkə üzrə dinc şəraitdə, qanun pozuntusu olmadan keçirildiyi vurğulanıb.


    SON XƏBƏRLƏR