• Bakı 21° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

“Eşref Rüya”da bu sözlər sosial mediada gündəm oldu

ŞOU

05 Oktyabr 2025 | 15:28

“Eşref Rüya”da bu sözlər sosial mediada gündəm oldu

"Kanal D"nin fenomenal serialı "Eşref Rüya" hər çərşənbə axşamı həm reytinq siyahılarında, həm də sosial mediada üstünlüyünü qorumaqda davam edir.

Bakıvaxtı.az xəbər verir ki, Taner Rumelinin canlandırdığı "Dinçer" və Levent Özdileyin həyat verdiyi "Hıdır" obrazlarının hekayəyə daxil olması ilə serialın dinamikası və həyəcan dozası daha da yüksəlib.

Bu dəyişiklik seriala olan marağı artıraraq, "Eşref Rüya"nı günün bütün izləyici kateqoriyalarında ən çox baxılan layihə statusuna gətirib. Tamaşaçılar sosial şəbəkələrdə "Çərşənbə demək - Eşref Rüya deməkdir" ifadəsi ilə seriala olan sevgilərini bölüşüblər.

8 illik fasilədən sonra ekranlara qayıdan Ebru Destan, "Hıdır"ın yaxın silahdaşı "Necla" obrazı ilə seriala qatılıb və güclü qadın xarakteri ilə tamaşaçıların rəğbətini qazanıb.

Bundan əlavə, serialda səslənən Demet Özdemirin ifasında "Aç yaralar kalbime" mahnısı sosial mediada viral olub və serialın emosional təsirini daha da artırıb./Milli.az


SON XƏBƏRLƏR

04 Oktyabr 2025